İdmana hansı yaşdan başlamalı?


İdman insan sağlamlığı üçün ən zəruri vasitələrdən biridir. Buna görə də uşaqları idmana kiçik yaşlarından sevdirmək və alışdırmaq lazımdır. Ancaq unutmaq olmaz ki, bəzi hallarda uşaqların idmana kortəbii yönləndirilməsi və ya azyaşlıların öz istəyinə görə bəzi idman növlərinə cəlb olunması fəsadlara gətirib çıxara bilər. Mütəxəssislərin fikrincə, 2-3 yaş arası uşaqlar qaçma, tutma və tullanma kimi hərəkətləri edə bilirlər. Bu səbəbdən bağçada qaçma, getmə, rəqs etmə, suda nəzarət altında oynama və təcrübəli şəxslərin nəzarəti altında gimnastika hərəkətləri münasib sayılır. 

4-6 yaşında uşaqlar üçün rəqs, üzmə, gimnastika, ip atlama və üç təkərli velosipedə minmək kimi idman növləri  daha uygundur.

7-10 yaşlılar üçün gimnastika, üzmə, futbol, basketbol, voleybol, həndbol, velosiped, tennis və üzmə kimi idman növləri daha idealdır.  10 yaş və sonrası uşaqlar əvvəlki yaşlarda başladıqları idman növləri daha mütəşəkkil olaraq edə, həmçinin atletizm və güləşə başlaya bilərlər. Uşaqların 1-3 yaşından əvvəl boks, ağırlıqqaldırma və karateyə başlaması məsləhət deyil. Çünki sümüyün inkişafı hələ tamamlanmayıb və bu idman növləri bəzi hallarda bədən üçün zərərli ola bilər.

Xüsusilə bu dövrdə uşağın başlayacağı idmana fiziki quruluşunun uyğun olubolmadığı çox əhəmiyyətlidir. İdman növlərinə başlama yaşları isə bu cürdür: atletizm 10-12 yaş, basketbol 7-8 yaş, boks 13-14 yaş, velosiped (iki təkərli) 14-15 yaş, artistik gimnastika 5-6 yaş, gimnastika 6-7 yaş, xizək 6-7 yaş, futbol 10-12 yaş, üzmə 3-7 yaş, cüdo 8-10 yaş.

Unutmayaq ki, uşaqların idman növlərinə istiqamətləndirilməsi valideynlərin yox, uşaqların istəyinə uyğun olmalıdır!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bəyəndinizmi? Dostlarınızla paylaşın!

REAKSİYANIZ NƏDİR?

Gülməli Gülməli
0
Gülməli
Qorxulu Qorxulu
0
Qorxulu
Təəccüblü Təəccüblü
0
Təəccüblü
Çaşıb-qalmaq Çaşıb-qalmaq
0
Çaşıb-qalmaq
Sevimli Sevimli
0
Sevimli
Müvəffəqiyyət Müvəffəqiyyət
0
Müvəffəqiyyət
Sevmək Sevmək
0
Sevmək
Editor

0 Şərh

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Formatı Seçin
Açıq siyahısı
Öz postunuzu təqdim edin
Şəkil
Fərdi şəkil postu yaratmaq