İdman insan sağlamlığı üçün ən zəruri vasitələrdən biridir. Buna görə də uşaqları idmana kiçik yaşlarından sevdirmək və alışdırmaq lazımdır. Ancaq unutmaq olmaz ki, bəzi hallarda uşaqların idmana kortəbii yönləndirilməsi və ya azyaşlıların öz istəyinə görə bəzi idman növlərinə cəlb olunması fəsadlara gətirib çıxara bilər.
Mütəxəssislərin fikrincə, 2-3 yaş arası uşaqlar qaçma, tutma və tullanma kimi hərəkətləri edə bilirlər. Bu səbəbdən bağçada qaçma, getmə, rəqs etmə, suda nəzarət altında oynama və təcrübəli şəxslərin nəzarəti altında gimnastika hərəkətləri münasib sayılır.
4-6 yaşında uşaqlar üçün rəqs, üzmə, gimnastika, ip atlama və üç təkərli velosipedə minmək kimi idman növləri daha uygundur.
7-10 yaşlılar üçün gimnastika, üzmə, futbol, basketbol, voleybol, həndbol, velosiped, tennis və üzmə kimi idman növləri daha idealdır.
10 yaş və sonrası uşaqlar əvvəlki yaşlarda başladıqları idman növləri daha mütəşəkkil olaraq edə, həmçinin atletizm və güləşə başlaya bilərlər. Uşaqların 13 yaşından əvvəl boks, ağırlıqqaldırma və karateyə başlaması məsləhət deyil. Çünki sümüyün inkişafı hələ tamamlanmayıb və bu idman növləri bəzi hallarda bədən üçün zərərli ola bilər. Xüsusilə bu dövrdə uşağın başlayacağı idmana fiziki quruluşunun uyğun olub-olmadığı çox əhəmiyyətlidir.
İdman növlərinə başlama yaşları isə bu cürdür: atletizm 10-12 yaş, basketbol 7-8 yaş, boks 13-14 yaş, velosiped (iki təkərli) 14-15 yaş, artistik gimnastika 5-6 yaş, gimnastika 6-7 yaş, xizək 6-7 yaş, futbol 10-12 yaş, üzmə 3-7 yaş, cüdo 8-10 yaş.
Unutmayaq ki, uşaqların idman növlərinə istiqamətləndirilməsi valideynlərin yox, uşaqların istəyinə uyğun olmalıdır!
0 Şərh