Vətən doğulub böyüdüyümüz doğma yurd yeridir. Vətən bizim üçün müqəddəsdir. Onun dağı, daşı, torpağı, suyu, səması bizim üçün çox əzizdir. Əgər öz yaşadığm yerin, oxuyub təhsil aldığm, boyabaşa çatdığm torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun təbiətini, sərvətlərini qorumasan, sən əsil vətəndaş ola bilməzsən.
Bizim Vətənimiz Azərbaycandır. Azərbaycan Respublika sı Cənubi Qafqazm şərqində yer ləşir. Ölkəmizin ərazisi 86,6 min kvadrat kilometrdir.
Ölkəmiz quruda 5 ölkə ilə həmsərhəddir. Bunlar Türkiyə Respub likası, Rusiya Federasiyası, Iran Islam Respublikası, Ermənistan və Gürcüstan respublikalarıdır. Ölkəmizin şərqində isə Xəzər dənizi yerləşir. Respublikamız Türkmənistan və Qazaxıstanla su sər hədinə malikdir.
Rusiya Federasiyası Azərbaycan dan şimalda yerləşir. Bu ölkə ilə sərhədimizin uzunluğu 390 kilometrdir.
İran İslam Respublikası Azərbaycandan cənubda yerləşir. İranla sərhədimizin uzunluğu 765 kilometrdir.
Gürcüstan dövləti Azərbaycan dan şimalqərbdə yerləşir. Gürcüstanla sərhədimizin uzunluğu 471 kilometrdir.
Ölkəmiz qərbdə və cənub qərbdə Ermənistanla həmsərhəddir. Bu ölkə ilə sərhədimizin uzunluğu 1007 kilometrdir. İndi Ermənistan Respublikası adlanan ərazidə tarixən azərbaycanlılar yaşayıblar. Lakin ermənilər onları zorla öz yurdyuvalarından qovublar. Hazırda Ermənistan Respublikasmda bir nəfər də azərbaycanlı yaşamır.
Azərbaycan cənub-qərbdən Türkiyə Respublikası ilə həmsərhəddir. Türkiyə ilə sərhədimizin uzunluğu 15 kilometrdir.
Respublikamız şərqdən Xəzər dənizi ilə əhatə olunmuşdur. Respublikamızm quru sərhədləri nin uzunluğu 2647 kilometr, su sərhədlərininuzunluğu 816 kilometrdir.
Dünyanm harasında yaşamasından asılı olmayaraq hər birimiz Vətənimizi sevməli və onu qorumalıyıq. Azərbaycan xalqınm ümummilli lideri Heydər Əliyev demişdir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
Hazırladı: Yaqut HÜMBƏTOVA
0 Şərh