Bitkilərin tərkibində piqment adlanan təbii birləşmələr var. Bu birləşmələr bitkilərin və onların meyvələrinin rəngini müəyyən edir. Yetişməmiş meyvələrin rəngi xlorofil adlı piqmentə görə yaşıl rəngdə olur. Meyvələr yetişdikcə onların tərkibindəki xlorofil parçalanır və dominant yaşıl rəng digər piqmentlərin rəngi ilə əvəz olunur. Meyvə onda daha çox olan piqmentin rəngində görünür. Beləliklə nar qırmızı, portağal narıncı, limon sarı və digər meyvələrdə onda olan piqmentlərin çoxluğuna görə müxtəlif rənglərə çevrilir. Meyvələrin rəngləri heyvanlarında diqqətini çəkir, onlar diqqətlərini çəkən meyvələrlə qidalanırlar. Beləliklə meyvələrin içindəki toxumlar heyvanlar tərəfindən daşınaraq bitkilərin müxtəlif yerlərdə çoxalmasına şərait yaradır