Fevral niyə 4 ildən bir 29 gün olur?


Fevral ayının niyə qısa olmasının və 4 ildən bir 1 gün uzanmasının səbəbi isə əksər mənbələrdə eyni şəkildə izah edilir. Belə ki, eradan əvvəl 46-cı ildə Roma imperatoru Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır. Beləliklə, il dörd ildən bir 366 gün çəkir. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, 6 ay isə 31 gün müəyyən edilir. Hazırda Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində əsas təqvim kimi istifadə edilən Qriqorian təqvimində də belədir. Amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə, həmin illərdə fevral ayı 28 gün olur; nömrəsi iki sıfırla qurtaran illər istisna edilməklə, 4 oktyabr 1582-ci il tarixindən sonrakı hər hansı ilin nömrəsi 4-ə qalıqsız bölünərsə, həmin ildə fevral ayı 29 gündən ibarət olur. Bir çox ölkələrdə məhz bu gün özəl bir gün hesab edilir. XVIII əsrə qədər bir sıra ölkələrdə 29 fevralda heç bir dövlət işləri həyata keçirilmir, müqavilələr bağlanmır, borc verilmir, ödənişlər aparılmırdı. Çünki bu tip işlərin məhkəmədə baxılmasında problem ortaya çıxırdı. Statistikaya görə, hazırda 4 milyon insan doğum gününü 4 ildən bir, yəni, fevralın 29-da qeyd etməli olur. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bəyəndinizmi? Dostlarınızla paylaşın!

REAKSİYANIZ NƏDİR?

Gülməli Gülməli
0
Gülməli
Qorxulu Qorxulu
0
Qorxulu
Təəccüblü Təəccüblü
0
Təəccüblü
Çaşıb-qalmaq Çaşıb-qalmaq
0
Çaşıb-qalmaq
Sevimli Sevimli
0
Sevimli
Müvəffəqiyyət Müvəffəqiyyət
0
Müvəffəqiyyət
Sevmək Sevmək
0
Sevmək
Redaktor

Formatı Seçin
Açıq siyahısı
Öz postunuzu təqdim edin
Şəkil
Fərdi şəkil postu yaratmaq