Bakı şəhəri 220 nömrəli məktəb liseyin 2ç sinif şagirdi Qasımova Xədicənin çəkdiyi rəsmlər
Elə bir insan tapılmaz ki, kiçik yaşlarından hər hansı bir rəsm çəkməmiş olsun.
Məktəbyaşlı uşaqların isə bu işə daha çox həvəsi olur. Çünki bir çox yaradıcı
sahələr kimi rəssamlığa həvəs də kiçik yaşlardan başlanır. Ola bilər, siz
gələcəkdə rəssam, memar, heykəltaraş olmayacaqsınız, amma təsvir
qabiliyyətiniz bütün həyatınız boyu sizi təqib edəcəkdir. Hətta hansı peşəni
seçmiş olsanız da bu qabiliyyətiniz sizə müxtəlif təsvirləri anlamağa, hiss
etməyə, haqqında fikir yürütməyə imkan verəcəkdir. Odur ki, əziz məktəblilər
siz də müxtəlif mövzularda çəkdiyiniz gözəl rəsmləri bizə göndərin, yaradıcı əl
işlərinizi hər kəs görsün. Rəsmlərinizi gözləyirik!