Türk dövlətərini tanıyaq


Türkmənistan zəngin təbii resursları ilə dünyanın dördüncü ən böyük qaz ehtiyatlarına sahibdir. İldə 80 milyard kubmetr qaz və 6 milyon tondan çox neft istehsalı ilə ölkə enerji sektorunda mühüm mövqeyə malikdir. Bundan başqa, kükürd, kalium duzları və yod bazalı bir neçə zavod da Türkmənistanda fəaliyyət göstərir.

Türkmənistanın kənd təsərrüfatı sektoru da sürətlə inkişaf edir. Ölkənin əsas kənd təsərrüfatı sahələri arasında pambıqçılıq, atçılıq və maldarlıq ön plandadır. Mal-qaranın əsasını qoyunçuluq təşkil edir; xüsusilə Qaragül qoyunlarından əldə edilən yun, Türkmən xalçalarının toxuculuğunda istifadə olunur.

Türkmən xalqı Oğuz türklərinin qədim adət-ənənələrini qoruyub saxlayır. Milli geyimlərinə böyük həssaslıqla yanaşan türkmənlər, yaylaq və oba həyatına üstünlük verərək milli çadırlarda – yurtalarda yaşayırlar. Ölkənin zəngin mətbəxi və geniş yayılan çay mədəniyyəti də türk dövlətləri ilə ortaq adətləri nümayiş etdirir.

Türkmən cəmiyyətində valideynlərə hörmət xüsusi əhəmiyyət daşıyır; ağsaqqallar müqəddəs hesab olunur və ailə münasibətlərində böyük ehtiram göstərilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bəyəndinizmi? Dostlarınızla paylaşın!

REAKSİYANIZ NƏDİR?

Gülməli Gülməli
0
Gülməli
Qorxulu Qorxulu
0
Qorxulu
Təəccüblü Təəccüblü
0
Təəccüblü
Çaşıb-qalmaq Çaşıb-qalmaq
0
Çaşıb-qalmaq
Sevimli Sevimli
0
Sevimli
Müvəffəqiyyət Müvəffəqiyyət
0
Müvəffəqiyyət
Sevmək Sevmək
0
Sevmək
Redaktor

Formatı Seçin
Açıq siyahısı
Göndər, öz material və проголосуйте ən yaxşı nəşr
Şəkil
Etməyin öz image yaratmaq üçün öz мемы