Uşaqlar hansı hallarda valideynlərinin yolu ilə gedirlər?


1
1 nöqtə

Uşaqlar hansı hallarda valideynlərinin yolu ilə gedirlər?

Uşaqların gələcəkdə hansı sahədə ozlərini gormələri bir çox amillərlə bağlıdır. Kiçik yaşlarında bir çox uşaqlar valideynləri ilə eyni peşəyə yiyələnmək arzusunda olurlar. Amma zamanla bu arzu dəyişə də bilir. ABŞ-ın Əmək Statistikası Bürosunun araşdırmalarına gorə, dünya uzrə yeniyetmə və gənclərin 20-30 faizi valideynlərinin karyera yolunu secirlər. Bəs bu necə baş verir?

Təqdiqatlara gorə, bu, təkcə ailənin gozləntiləri ilə bağlı deyil, baxmayaraq ki, bu da rol oynaya bilir. Çox vaxt belə seçim mədəni təsir altında da formalaşır. Çünki uşaqlar valideynlərinin işlərini daha yaxından görür, o peşənin dilini oyrənir və onu daha dərindən dərk edərək boyuyurlər. Məsələn, bir həkimin övladı davamlı olaraq tibb haqqında sohbətləri eşidə və ya həkimlərin xəstələrin həyatını necə xilas etməyin dəfələrlə şahidi ola bilər. Və yaxud, hər hansı bir dulgər uşağına muxtəlif sənətkarlıq sahələrini oyrədə, musiqiçi övladını melodiyalar və ritmlərlə ruhlandıra bilər. Ancaq burada bir məqam var ki, bir çoxları qarşılarına qoyulan yola meyil edərkən, digərləri tamamilə fərqli sahələrdə karyera qurmaq seçimini edə bilərlər. Hər iki seçim gozəldir: istər ənənə, istərsə də öz yolumuzu qurmaq istəyi ailələrimizin bizi necə formalaşdırmağımızdan qaynaqlanır. Əsas odur ki, gedəcəyimiz yolu həvəslə gedək.

 

Ramiyə ƏKBƏROVA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bəyəndinizmi? Dostlarınızla paylaşın!

1
1 nöqtə

REAKSİYANIZ NƏDİR?

Gülməli Gülməli
2
Gülməli
Qorxulu Qorxulu
1
Qorxulu
Təəccüblü Təəccüblü
1
Təəccüblü
Çaşıb-qalmaq Çaşıb-qalmaq
1
Çaşıb-qalmaq
Sevimli Sevimli
0
Sevimli
Müvəffəqiyyət Müvəffəqiyyət
0
Müvəffəqiyyət
Sevmək Sevmək
0
Sevmək
Editor

Formatı Seçin
Açıq siyahısı
Öz postunuzu təqdim edin
Şəkil
Fərdi şəkil postu yaratmaq