Balaca Şahzadə

Yaxşı kitab əsl dost kimidir.  Çünki kitablarla vaxt keçirdikdə özümüzü  tək hiss etmirik...


HƏR AY BİR KİTAB

Yaxşı kitab əsl dost kimidir.  Çünki kitablarla vaxt keçirdikdə özümüzü  tək hiss etmirik. Onlar bizə həyatda ən yaxşı yolları göstərir.  Kitab oxumağın çoxlu faydaları var. İlk olaraq kitab oxumaq bizim beynimizi inkişaf etdirir, hafizəmizi yeniləyir, yaddaşımızı gücləndirir.  Digər tərəfdən, yaxşı kitablar bizə həyatda yolumuzu düzgün seçməyə, doğru qərarlar verməyə kömək edir. Bununla yanaşı, kitab oxumaq söz ehtiyatımızı artırır, yazmaq bacarıqlarımızı təkmilləşdirir. Bu isə müasir həyatda hansı peşənin sahibi olursaq olaq, hər birimiz üçün çox vacibdir.

Kitablar haqqında tanınmış insanların çox gözəl fikirləri vardır. Məsələn, görkəmli Azərbaycan şairi Səməd Vurğun deyirdi: “Kitabsız bir ömrün nə mənası var.” Mirzə Ələkbər Sabir isə “Kitablar sənin ilk dostundur” deməklə kitabları, yuxarıda da qeyd etdiyimiz kimi dostlara bənzədirdi. Rus yazıçısı Maksim Qorkinin “Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım” və yaxud Vilyam Şekspirin “Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır” fikirləri bu gün də oxucular tərəfindən teztez xatırlanır. Buna görə də kitab oxumaq, elm, fəzilət öyrənmək hər birinizin gündəlik həyat tərziniz olmalıdır, əziz  şagirdlər.

Sizin sevimli qəzetiniz də bütün bunları nəzərə alaraq hər sayında “Məktəbli kitabxanası” rubrikasını təqdim edəcək. Bu rubrikada sizə maraqlı, faydalı olacaq kitabları oxumağınızı tövsiyə edəcəyik. Eyni zamanda oxuduğunuz kitablar haqqında təəssüratlarınızı da qəzetimizin oxucuları ilə bölüşməyinizi istərdik.

İndi isə bu ay oxumağınızı tövsiyə etdiyimiz kitabı sizə təqdim edirik.

“Balaca Şahzadə”  fransız yazıçısı və pilotu Antuan de SentEkzüperi tərəfindən yazılmış və 1943cü ildə nəşr olunmuş nağıl kitabıdır. Dünyada ən çox satılan və oxunan kitablardan biridir. Roman yüzlərlə dilə tərcümə edilmiş və dünya üzrə təxminən 200 milyon nüsxə satılaraq ən çox satılan kitablardan birinə çevrilmişdir.

“Məktəbli” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bəyəndinizmi? Dostlarınızla paylaşın!

REAKSİYANIZ NƏDİR?

Gülməli Gülməli
1
Gülməli
Qorxulu Qorxulu
2
Qorxulu
Təəccüblü Təəccüblü
5
Təəccüblü
Çaşıb-qalmaq Çaşıb-qalmaq
3
Çaşıb-qalmaq
Sevimli Sevimli
3
Sevimli
Müvəffəqiyyət Müvəffəqiyyət
2
Müvəffəqiyyət
Sevmək Sevmək
1
Sevmək
Editor

Formatı Seçin
Açıq siyahısı
Öz postunuzu təqdim edin
Şəkil
Fərdi şəkil postu yaratmaq