Bu vasitələr artıq insanların “ağıllı dost”una çevrilib


“OpenAI” tərəfindən hazırlanmış “ChatGPT”, insan dilini başa düşə və ona cavab verə bilən süni intellekt vasitəsidir. Bu robot vasitəsi ilə istənilən tərzdə şeir, məqalə, ssenari, hətta kod yazdıra bilərsən. Həm peşəkar mühitdə, həm də əyləncə məqsədi ilə “ChatGPT”nin xidmətindən istifadə edərək işlərini asanlaşdıran milyonlarla insan var. 

 

“DALL.E 2” insan dilini mükəmməl şəkildə anlayan və tapşırığa uyğun müxtəlif formatlarda şəkillər hazırlaya bilən kompüter proqramıdır. Burada real şəkillərə düzəliş edə və onların müxtəlif formalarını yarada bilərsən. Loqo, afişa kimi işinə yarayacaq şeylər hazırlamaq üçün “DALL.E 2” mükəmməl vasitədir. Ən yaxşı tərəfi isə odur ki, “DALL.E 2” ilə hazırladığın hər şeyin müəllif hüquqları da tamamilə sənə məxsus olur. “Open.ai” tərəfindən istifadəyə verilmiş bu proqram hazırda bir çox insanın işlərini asanlaşdırıb 

 

“Beatoven” bizə müəllif hüquqlarından azad, unikal musiqilər hazırlayır ki, bir çox yaradıcılıq sahəsində bu musiqilərdən istifadə etmək mümkündür. Bu proqram vasitəsilə, istədiyimiz janrda və istədiyimiz uzunluqda musiqilər hazırlaya bilərik. Hətta proqram vasitəsilə musiqinin bəyənmədiyimiz hissələrini kəsmək, sevmədiyimiz musiqi alətlərini ixtisar etmək və eyni tərzdə fərqli musiqilər yaratmaq da mümkündür. Bu “ağıllı dost”umuz sözün əsl mənasında bəstəkarlıq edir, amma bizim zövqümüzə və musiqi duyumumuza görə.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bəyəndinizmi? Dostlarınızla paylaşın!

REAKSİYANIZ NƏDİR?

Gülməli Gülməli
0
Gülməli
Qorxulu Qorxulu
1
Qorxulu
Təəccüblü Təəccüblü
0
Təəccüblü
Çaşıb-qalmaq Çaşıb-qalmaq
1
Çaşıb-qalmaq
Sevimli Sevimli
0
Sevimli
Müvəffəqiyyət Müvəffəqiyyət
0
Müvəffəqiyyət
Sevmək Sevmək
1
Sevmək
Redaktor

Formatı Seçin
Açıq siyahısı
Öz postunuzu təqdim edin
Şəkil
Fərdi şəkil postu yaratmaq