Dişlərə qulluq erkən yaşdan başlayır


Sağlam dişlərə sahib olmaq hər kəsin arzusudur. Buna görə də dişlərə vaxtında, daha doğrusu uşaq yaş­la­rın­dan qulluq olunmalıdır. Bəs bu halda uşaq­ları dişlərinə qulluq etməyə necə alış­dırmaq olar?

Dişlərə qulluq, ilk olaraq, onların tə­miz saxlanılmasından baş­layır. Kiçik­yaş­lı uşaq­lar hər gün evdə va­li­deyn­lə­ri­nin öz diş­lərini necə fır­ça­la­ma­larını gö­rür­lər. Bir çox hallarda uşaqlar da bunu təkrar et­məyə meyilli olur­lar. Amma tə­əs­­süf­lər olsun ki, bir çox valideyn uşaq­la­rın bu istəyinə qarşı çı­xır və onlara “hələ tezdir, böyüyəndə sən də fır­ça­la­yar­­san”- deyə cavab ve­rir­lər. Halbuki mü­tə­xəssislər dişlərin tə­miz­liyinə elə süd dişləri çıxdıqdan son­ra başlanmalı olduğunu bildirirlər. Mə­lum­dur ki, 1-2 yaşlı uşaqlar öz dişlərini tə­miz­ləyə bilməzlər, ancaq stomato­loq­la­ra görə bu yaşlarda artıq analar öz öv­lad­larının dişlərini silikon fırça ilə tə­miz­ləyə bilər­lər. Hər gün səhər və ax­şam icra edilən bu prosedur uşaqları həm də öz diş­lə­ri­ni təmizləməyə alışdırır. Ana­lar bu sağlam vər­dişi mütəmadi ola­raq həyata keçir­mə­li, bu işdən bez­mə­mə­li və yorul­ma­malı­dırlar.


Bir müddət sonra uşaq öz diş­lərini fırçalamağa maraq gös­tə­rirsə və bunu özü etmək is­tə­yir­­sə, o zaman ananın nəzarə­ti al­tında bu işi görməsinə ica­zə vermək lazımdır. Əgər siz uşa­ğınıza kiçik uşaqlar üçün nəzərdə tu­tulmuş diş fırçası və məcun alsanız, ar­tıq o, bu hərəkətləri daha böyük həvəslə ye­­ri­nə yetirəcək. Çünki o, düşünəcək ki, ar­tıq onun da böyüklər kimi öz diş fır­ça­sı və məcunu var. Ata-anası kimi o da hər səhər və axşam diş­lə­rini özü fır­çalayır.
Stomatoloqlar uşaq­­­­­lar üçün diş fır­ça­la­­rı alar­kən yumşaq tü­k­­­lü ol­ma­­­larına diq­qət ye­­tir­mə­li olduğu­mu­zu bil­di­­rirlər. Eyni za­man­­da uşaqlar üçün ma­raqlı olsun deyə, is­teh­­salçılar bu cür fırça­la­rı müx­təlif hey­van fi­qur­la­rı, nağıl və cizgi film­lə­ri per­so­naj­ları ilə əlaqə­lən­di­rir­lər. Əgər siz də uşaq­­larınıza öz sev­dik­­ləri qəh­rə­man­­ları xatır­la­dan belə fır­ça­lar­dan al­sanız, 4-5 yaş­­la­rın­dan son­­ra onlar davamlı ola­raq, həm də sevə-sevə bu işi gün­dəlik hə­yat tər­z­lərinə çe­vi­rə­cək­lər.


Diş məcunu seçərkən də diq­qət­li ol­maq lazımdır. Yalnız dad­lı, şi­rin dad hiss etdirən uşaq mə­cun­la­rın­dan almaq la­zım­­­dır. Əgər uşağı­nız bu mə­cun­­lar­dan udar­­sa belə, hə­yə­can­­lan­­ma­­ğa dəy­məz. Çünki on­­ların tər­kibində uşaq or­qa­niz­mi üçün zə­rər­­li ola­caq heç bir mad­­də yox­dur.
Əziz valideynlər, unut­­­mayın ki, uşaq­la­rı­nı­zın bö­yü­­yən­də sağlam dişlərə sa­hib olması bu gün sizin onlarla səbrli dav­­ran­­ma­ğınız­dan, valideynlik mə­su­liy­yə­ti­­niz­dən, uşaq­­lara verdiyiniz mo­ti­va­si­ya­dan ası­lı­dır. Uzun illər sonra uşaq­la­rı­nı­zın xoş tə­bəs­­sümlə gü­lüm­sə­di­yinə şahidlik et­­mə­­yi­­niz sizin ən böyük mü­ka­fatınız ola­caqdır!

“Məktəbli” qəzeti


Bəyəndinizmi? Dostlarınızla paylaşın!

REAKSİYANIZ NƏDİR?

Gülməli Gülməli
0
Gülməli
Qorxulu Qorxulu
0
Qorxulu
Təəccüblü Təəccüblü
0
Təəccüblü
Çaşıb-qalmaq Çaşıb-qalmaq
0
Çaşıb-qalmaq
Sevimli Sevimli
0
Sevimli
Müvəffəqiyyət Müvəffəqiyyət
0
Müvəffəqiyyət
Sevmək Sevmək
1
Sevmək
Editor

0 Şərh

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Formatı Seçin
Açıq siyahısı
Göndər, öz material və проголосуйте ən yaxşı nəşr
Şəkil
Etməyin öz image yaratmaq üçün öz мемы