Dünya məktəbləri haqqında maraqlı faktlar


Yapon müəllimləri arasında qadın­ların sayı yarıdan da azdır. Əksər Yapon məktəblərində yeməkxana yoxdur və uşaqlar birbaşa sinifdə nahar edirlər.

Çexiyada məktəb tətilləri yay və qış­da olur. Yay tətilləri iki ay davam edir. Həmçinin çex məktəblərində beş ballıq qiymətləndirmə sistemi tətbiq olunur, amma ki, “beş” ən pis qiymət, “bir” isə ən yaxşı qiymət hesab olunur. Bunu da qeyd edək ki, Çexiyada əksər məktəb müəllimləri bir neçə fəndən dərs deyə bilir. Məsələn, bir müəllim həm riya­ziyyatdan, həm bədən tərbiyəsindən, digəri isə çex dili, nəğmə və kimyadan dərs deyir.

Finlandiyada isə şagirdin öz istəyi olmadan onu dərs danışmağa çıxar­mırlar. Bu ölkədə belə hesab olunur ki, bir şagirdin nöqsanlarını onun digər həmyaşıdları və sinif yoldaşları arasında aşkar və bəyan etmək yolverilməzdir. Eyni zamanda bu şimal ölkənin mək­təblərində sinifdə eyni anda iki müəllim çalışır – müəllim və onun köməkçisi. Maraqlı məqamlardan biri də odur ki, Finlandiya məktəblərində hər dərsdən sonrakı tənəffüs ərzində şagirdlər fə­sildən və havadan asılı olmayaraq açıq havaya çıxmalıdır.

Kuba məktəblərində yuxarı sinifdə oxuyan şagirdlər müəyyən bir peşə­ni mənimsəməyə başlamalıdır. Şəhər məktəblərində oxuyan şagirdləri 5-7 həftəliyə kənd təsərrüfatı işləri ilə məş­ğul olmağa aparırlar.

İsveçdə məktəb direktoru istedadlı şagirdi ilin sonunu gözləmədən bir si­nifdən digərinə keçirə bilər. Lakin bun­dan ötrü həm də valideynlərin razılığı tələb olunur.

Çin universitetlərində isə bir dərsin (qoşa saatın) davamiyyət müddəti 40 dəqiqədən çox ola bilməz.

İrlandiyada 6-15 yaşlı uşaqlar üçün məktəb dərslərində iştirak məcburidir. Tələbələrin dərsdə iştirakı (davamiyyət məsələsi) isə sərbəstdir.

Norveç məktəblərində şagirdlər yaşa görə qruplara bölünür – ibtidai si­niflər, 14 yaşlı yeniyetmələr və 18 yaşlı gənclər. Onların ayrı-ayrı binalarda oxu­ması diqqətəlayiq amildir.

Norveç məktəblərində səkkizinci sinfə qədər uşaqlara qiymət qoymurlar.


Bəyəndinizmi? Dostlarınızla paylaşın!

REAKSİYANIZ NƏDİR?

Gülməli Gülməli
0
Gülməli
Qorxulu Qorxulu
0
Qorxulu
Təəccüblü Təəccüblü
0
Təəccüblü
Çaşıb-qalmaq Çaşıb-qalmaq
0
Çaşıb-qalmaq
Sevimli Sevimli
0
Sevimli
Müvəffəqiyyət Müvəffəqiyyət
0
Müvəffəqiyyət
Sevmək Sevmək
1
Sevmək
Redaktor

Formatı Seçin
Açıq siyahısı
Göndər, öz material və проголосуйте ən yaxşı nəşr
Şəkil
Etməyin öz image yaratmaq üçün öz мемы