3 aprel 1973cü ildə Martin Kuper Nyu Yorkun küçələri ilə gedərkən mobil telefonu ilə zəng etdi. Bu, o vaxt üçün heyrətamiz və mobil telefonla edilən ilk zəng idi.
Kuper “Motorola” adlı kiçik bir elektronika şirkətində işləyirdi. Şirkət əsasən radio məhsulları istehsal edirdi. Lakin 1970ci illərdə eyni zamanda “Motorola” mobil telefon sistemi üzə rində də çalışmağa başladı. AT&T adlı nəhəng bir şirkət də eyni zamanda mobil telefon sistemi yaratmaq üzərin də çalışırdı.
Kuper insanlarm hər yerdə istifa də edə biləcəyi telefon hazırlamaq istəyirdi. Beləliklə, o və komandası işə başladı. Onlar ilk mobil telefonun dizaynı və yaradılması üçün cəmi 90 gün sərf etdi. Bu, əl ilə yığılmış böyük, ağır bir şey idi. Rəsmi olaraq telefon “Dynamic Adaptive Total Area Coverage” mənasmı verən DynaTAC adlanırdı. Ancaq bu çox ağır olduğu üçün onu “Kərpic” adlandırdılar. Onun çəkisi 1,1 kiloqram idi.Telefonun təqdimatmda Kuper həqiqətən onun hər yerdə istifadə olu na biləcəyini göstərmək üçün çölə çıx dı. O, ilk zəngi 1973cü ildə Nyu Yorkun küçələrindən etdi. Bəs kimə zəng etdi? AT&Tnin (yəni rəqib şirkət) mobil telefon proqramma cavabdeh olan doktor Coel Engelə zəng etdi. İkisi
salamlaşdıqdan sonra Kuper doktor Engelə dedi: “Mən sizə mobil telefondan zəng edirəm. Əsl mobil te lefon. Şəxsi, əl, portativ mobil telefon”. Kuper bildirir ki, xəttin o biri ucunda səssizlik hökm sürürdü. Düşünürəm ki, o, dişlərini qıcayırdı.
Doktor Engels isə zəngi xatır lamadığını deyir.
Bu zəng nəhəng bir şeyin başlan ğıcı olsa da, hər şey dərhal dəyişmədi. İnsanlarm ala biləcəyi DynaTAC versiyasmı yaratmaq üçün “Motorola” on ildən çox vaxt sərf etdi.
1983cü ildə DynaTAC 8000X təx minən 4000 dollara satışa çıxdı. Tele fonu enerji ilə doldurmaq 10 saat çəkir di və siz onunla yalnız 30 dəqiqə danı şa bilərdiniz. Kuper daha sonra zara fatla deyir ki, qısa batareya ömrünün heç bir əhəmiyyəti yoxdur: Çünki siz o telefonu bu qədər uzun müddət qula ğmızda saxlayabilməzsiniz!
Kuper ilk zəng edəndən bəri mobil telefonları çox dəyişdi. İndi on lar daha kiçikdirlər və şəkil çəkmək, oyun oynamaq və internetdə ax tarış etmək kimi daha çox şey edə bilərlər. Ha zırda 94 yaşı olan Kuper mobil telefonların bu gün etdiklərindən təsirlənir, lakin o, onlarm hələ də yaxşılaşa biləcəyini düşünür.
Əziz oxucu! Kuperin şəxsi əl tele fonu yaratmaq arzusu var idi. Əzmlə çalışdı və bu arzunu reallaşdırdı. Gör düyünüz kimi dünyanx dəyişdi. Siz də hər zaman arzularmızm ardmca gedin ki, dünyamıza yeniliklər gətirin.
Hazırladı: Azadə MAHMUDOVA
0 Şərh