Ən Qədim Yaşayış Məskəni


Azıx mağarası, Azərbaycanda insanların yaşadığı ən qədim yaşayış məskəni olaraq tanınır. Füzuli şəhərindən 14 kilometr məsafədə yerləşən bu mağara ilk dəfə 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya zamanı kəşf edilib. 1968-ci ildə mağarada tapılan qədim insanın alt çənə sümüyü üzərində aparılan tədqiqatlar nəticəsində bu tapıntının ən azı 350-400 min il əvvəlinə aid olduğu müəyyən edilib. Mütəxəssislərin fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir.

Azıx mağarasında ayı, şir, kərgədan, maral, at, qaban və digər vəhşi heyvanların sümükləri, ocaq izləri və daş alətlər də aşkarlanmışdır. Tarixçilər bu alətlərin 1-1.5 milyon il əvvələ aid olduğunu bildirirlər. Qafqazın ən böyük mağarası olan Azıx, 8000 kvadratmetr sahəni əhatə edir və arxeoloji əhəmiyyətinə görə xüsusi önəm daşıyır. 1993-cü ildə Füzuli rayonu ermənilər tərəfindən işğal edildikdə Azıx mağarası da nəzarətdən çıxmış, lakin 2020-ci ildə Vətən müharibəsi nəticəsində yenidən Azərbaycanın nəzarətinə qayıtmışdır.  

Ramiyə ƏKBƏROVA

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bəyəndinizmi? Dostlarınızla paylaşın!

REAKSİYANIZ NƏDİR?

Gülməli Gülməli
0
Gülməli
Qorxulu Qorxulu
0
Qorxulu
Təəccüblü Təəccüblü
0
Təəccüblü
Çaşıb-qalmaq Çaşıb-qalmaq
0
Çaşıb-qalmaq
Sevimli Sevimli
0
Sevimli
Müvəffəqiyyət Müvəffəqiyyət
1
Müvəffəqiyyət
Sevmək Sevmək
1
Sevmək
Redaktor

Formatı Seçin
Açıq siyahısı
Öz postunuzu təqdim edin
Şəkil
Fərdi şəkil postu yaratmaq