İnsan bədəni haqqında maraqlı 10 fakt


Bizim elə bir yaradılışımız var ki, elmi təəccübləndirir, insanı heyrətə gətirir, ağlın hüdudlarını aşır. Bu gün biz sizin üçün bu bilinməyənləri araşdırdıq. Təəccüblənməyə hazır olun!

1. Gülümsəmək daha asandır!
Belə ki, gülümsəmək üçün 17, qaş­qa­baq etmək üçün isə 43 əzələ la­zım­dır. Bunun üçün də tez-tez gü­lüm­­sə­mə­yi unutmayın
2. Alimlərin fikrincə, İQ (məntiq) nə qədər yük­­sək olarsa, bir o qədər çox yuxu görülür.
Bu, doğru ola bilər, amma yuxu­dan son­ra yuxularınızı xatırlamırsınız­sa, dərhal özünüzü pis hiss etməyin. Gecə gördüyümüz yuxu­la­rın ço­xunu xa­tırlamırıq və bu yuxular ən çox 2-3 saniyə çəkir.

3. Bədənimizdə o qədər çox kar­bon var ki…
Bədənimizdə o qədər çox karbon var ki, bunları bir yerə toplayıb istifadə et­mək mümkün olsa, 9000 ədəd karan­daş əldə edə bilərik.
4. Ən tez bö­yü­yən dırnaq or­ta bar­ma­­ğınızın dır­­­na­ğı­dır.
Daha maraqlısı odur ki, uzun bar­ma­­ğın dırnaq­la­rı­nın daha sürətli, qı­sa bar­­maqların dır­­naq­larının isə da­ha ya­vaş uzan­dığı müşahidə edilib.
5. Daxili orqanlarınızın çoxunu itir­­səniz belə, sağ qala bilərsiniz.
İnsan bədəni çox kövrək görünsə də , siz mədə, dalaq, ağciyər və ya böy­rək­siz və ya qaraciyərin 75 faizi və ba­ğır­saq­ların 80 faizi olmadan yaşaya bilər­siniz. Təbii ki, özünüzü çox yaxşı hiss et­məyə bilərsiniz, lakin bu orqanların bir hissəsinin ol­maması sizi öldür­mə­yə­cək.
6. Beyin qanda olan oksigenin 20 fa­izini xərcləyir.
Bədən çəkisinin cəmi 2 faizini təş­kil etməsinə baxmayaraq, onun bu qə­dər ok­­sigen istifadə etməsi çox maraq­lı­dır. Buna görə də oksigen çatış­maz­lı­ğı ilk növ­bədə beyin zədələnməsinə səbəb olur.

7. Beyin 10 vatlıq bir lampa qədər enerji sərf edir.
Çizgi filimlərində ağıla gələn bir fikir zamanı başa çəkilmiş lampa fiquru səhv deyilmiş. Beynimiz də bu enerjini yuxu zamanı sərf edir.
8. Burnumuz 50.000 fərqli qoxunu tanıyacaq qədər həssasdır.
9. Mədəmizdəki turşu nisbəti, demək olar ki, bir metalı əridəcək qədər güclüdür!
10. Yuxuda asqırmamağımızın sə­bə­bi odur ki, asqırmağa cavab verən si­nir­lər də bu zaman istirahət edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bəyəndinizmi? Dostlarınızla paylaşın!

REAKSİYANIZ NƏDİR?

Gülməli Gülməli
0
Gülməli
Qorxulu Qorxulu
0
Qorxulu
Təəccüblü Təəccüblü
0
Təəccüblü
Çaşıb-qalmaq Çaşıb-qalmaq
0
Çaşıb-qalmaq
Sevimli Sevimli
2
Sevimli
Müvəffəqiyyət Müvəffəqiyyət
0
Müvəffəqiyyət
Sevmək Sevmək
0
Sevmək
Editor

0 Şərh

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Formatı Seçin
Açıq siyahısı
Öz postunuzu təqdim edin
Şəkil
Fərdi şəkil postu yaratmaq