Bu gün Günəş enerjisindən istifadə ən aktual məsələlərdən biridir. Amma bu enerjini davamlı istehsal etməkdə müəyyən maneələr var. Çünki gecələr, həm də buludlu havalarda Yer üzündə Günəş işığı olmur. Ancaq kosmosda Günəş hər zaman
parlayır. Nəticədə kosmosda Yerdəkindən qat-qat çox Günəş enerjisi var.
Problem isə bu enerjini necə Yerə çatdırmaqdır. Kaliforniya Texnologiya İnstitutunun alimləri araşdırmalar apararaq bunun çarəsini tapıblar. Onlar kosmosda Günəş işığı toplamaq və onun enerjisini Yerə göndə rmək üçün xüsus i “MAPLE” adlı alət düzəldiblər. Komandanın məqsədi kosmosdan Yerə kabelsiz enerji göndərilməsi ideyasını sınaqdan keçirməkdir. Çünki naqilsiz enerji göndərmək çox çətin birişdir. Kaliforniya Texnologiya İnstitutunun alimlərinin istifadə etdiyi üsul Günəş işığını kiçik, isti işıq nöqtəsinə fokuslamaq üçün böyüdücü şüşədən istifadə etmək kimi bir şeydir. Buna görə də sistemin işləyə biləcəyini sübut etmək üçün “MAPLE” kosmosda bir-birindən cəmi 30 santimetr uzaqlıqdakı iki cihaza enerji göndərdi.
Bu enerji elektrikə çevrilərək iki kiçik lampanın yanmasına səbəb oldu. Beləliklə, alimlər kosmosdan Yerə Günəş enerjisi göndərməyin mümkün olduğunu sübut etdilər. Hazırda alimlər “MAPLE”ni təkmilləşdirməyin yollarını tapmağa çalışırlar.