Microsoft, Vasa-1 adlandırdığı yeni süni zəka modelini təqdim edib. Bu model, sadəcə bir foto əsasında yüksək keyfiyyətli video yarada və audio fayl ilə sinxron mimika canlandıraraq həmin şəxsin real hərəkətlərini təqdim edə bilir.
Vasa-1 süni zəka modeli yalnız dodaq hərəkətləri ilə deyil, həm də baş hərəkətlərini sinxronlaşdırma qabiliyyətinə malikdir. İstifadəçi ayarlarda şəxsin göz baxış istiqamətini və emosional vəziyyətini də təyin edə bilər, bu da daha real canlandırma effektinə nail olmağa imkan yaradır.
Vasa-1, saniyədə 40 kadr sürətlə 512×512 piksel keyfiyyətdə videolar yarada bilir. Bu yüksək göstəriciyə NVIDA GeForce RTX 4090 videokartı ilə təchiz olunmuş kompüterlərdə nail olmaq mümkündür. Lakin Microsoft hələlik Vasa-1 modelinin online demo versiyasını və ya API-nı təqdim etməyi planlaşdırmır. Bu yeni texnologiya, süni zəka və foto-video canlandırma sahəsində inqilabi yeniliklər vəd edir.