Qəzetlə necə əməkdaşlıq edə bilərəm?

Əziz məktəblilər! Siz bizə müxtəlif mövzularda və janrlarda yazılar hazırlaya, şeirlər yaza, rəsm və fotoşəkillər çəkib göndərə bilərsiniz. Göndərilən hər bir material məktəblilər üçün aktual və maraqlı olmalı, fikir və təəssüratlar sadə və aydın yazılmalı, mövzunu maksimum əhatə etməlidir! Həmçinin, rəsm və fotoşəkillər də aydın çəkilməli, maraqlılığı təmin olunmalıdır. Yazı materialları hazırlanarkən şagirdlərə valideyn, müəllim və digər böyük yaşlı yaxınları tərəfindən tövsiyələr verilə bilər, amma mövzu mütləq şəkildə şagirdin özü tərəfindən yazılmalı, heç bir mənbədən köçürülməməlidir!

 “Məktəbli” qəzetinə göndərilən yazılar əlyazma şəkilində qəbul edilir. Bu halda redaksiya həmin yazılara müdaxilə edə bilmir, eyni zamanda materialın şagirdin özü tərəfindən hazırlandığına daha çox qənaət yaranır. Unutmayaq ki, şagirdlər digərlərinin əl ilə yazılmış yazılarına daha çox maraq göstərirlər. Digər tərəfdən, bu gün sosial şəbəkələr düzgün yazmaq vərdişlərinə mənfi təsir göstərdiyindən, şagirdlər hər kəs tərəfindən oxunacaq əl yazılarını daha düzgün yazmağa məcbur olurlar. 

Redaksiya müəyyən hallarda əl ilə yazılmış yazıları çap variantında təqdim edə bilər.

Xüsusi qeyd: Redaksiya sizdən gələn bütün materialları yalnız qəzetin elektron ünvanından qəbul edir. Əlyazma və çəkilən rəsmlər yalnız skaner avadanlığı vasitəsilə “skan” edildikdən sonra qəzetin e-mail ünvanına göndərilməlidir. Bu, göndərilən materialların keyfiyyəti üçün çox vacibdir. Sizin göndərdiyiniz materialların hər biri (yazı, rəsm, şeir, fotoşəkil) redaksiya heyəti tərəfindən yoxlanılaraq seçiləcək və ən yaxşıları qəzetdə və saytımızda dərc ediləcək! Göndərilən hər bir materialın (yazı, rəsm, fotoşəkil) yuxarı hissəsində mövzunun adı, aşağı hissəsində isə müəllifin, yəni şagirdin adı və soyadı, oxuduğu məktəbin tam adı və sinifi qeyd olunmalıdır!

Yazıların həcmi 1 (bir) ədəd A 4 vərəqindən çox olmamalıdır!  

Hər birinizə uğurlar!

Formatı Seçin
Açıq siyahısı
Öz postunuzu təqdim edin
Şəkil
Fərdi şəkil postu yaratmaq