Bir gün Qarğa çəmənlikdə gəzişən cücəyə yaxınlaşıb dedi: – Ay cücə, məgər sən bilmirsən ki, bu gəzdiyin çəmənlik mənimdir? Məndən icazə almamış burada niyə gəzirsən? Cücə qorxduğundan səsi titrəyə-titrəyə cavab verdi: – Ba-ba-ğış-laa, qa-qa-Qarğa baba. Bir də icazəsiz burda gəzmərəm. Qarğanın məqsədi cücəni yemək idi. Odur ki, söylədi: – Yox, səni cəzalandıracağam. Ona görə də hazırlaş, indicə səni mədəmə ötürəcəyəm. Elə bu zaman pusquda dayanan tülkü hoppanıb Qarğanı tutaraq aradan çıxdı.
Nəticə: Heç vaxt özündən zəif olanlara gücünü göstərmə. Yoxsa başqası tərəfindən cəza ala bilərsən.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.