Rabiya Baxşəliyeva: Ən böyük arzum hüquqşünas olmaqdır.


1
1 nöqtə

Rabiya Baxşəliyeva Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin XI sinifində təhsil alır. Əla qiymətlərlə oxuyan və məktəbin digər ictimai işlərində fəallıq göstərən Rabiya qəzetimizin ilk sayı dərc olunduqdan sonra redaksiyamızla da fəal əlaqə saxlayır. Hüquqşünas olmağı qarşısına məqsəd qoyan oxucumuzun ən böyük arzusu insanların hüquqlarını qorumaq, haqq-ədalətin keşiyində durmaqdır. Fikirlərini düzgün şəkildə ifadə etməsi, qarşısındakı müsahibi ilə sərbəst ünsiyyət qurmaq bacarığı onun həqiqətən də hüquqşünas olmaq iddiasını ortaya qoyurdu. Elə bütün bunları nəzərə alaraq “Məktəbli” qəzeti bu yeniyetmə oxucusunu 1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günündə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri, Prokurorluğun fəxri işçisi Faiq Səfərovla görüşdürdü. İndi isə həmin görüşdəki söhbəti təqdim edirik.

Faiq Səfərov – Salam, xoş gəlibsiniz.

Rabiya Baxşəliyeva – Çox sağ olun.

Faiq Səfərov – Siz sağ olun ki, belə bir görüş üçün istəyinizi bildiribsiniz. Eşitdiyimə görə hüquqşünas olmaq istəyirsiniz.

Rabiya Baxşəliyeva – Bəli, bu mənim uşaqlıq arzumdur. Artıq XI sinifdə oxuyuram, günün çox hissəsini dərslərimə hazırlaşıram. Deyə bilərsiniz, hüquqşünas olmaq üçün daha nə edə bilərəm?

Faiq Səfərov – Yaxşı hüquqşünas olmaq üçün, ilk növbədə, yaxşı oxumalı, məntiqi keyfiyyətlər üzərində işləməli, insanları anlamağı bacarmalısan. Eyni zamanda hüquqşünas qətiyyətli olmalı, ədalətli davranmalı, haqlı işi müdafiə etməkdən heç vaxt çəkinməməlidir. Mənim yadıma bir əhvalat düşdü. Tələbəlik illərində müəllimimiz bizi həbsxanalarm birinə aparmışdı. Heç zaman burada olmayan bizim üçün həbsxana çox qorxunc və təəccüblü gəlmişdi. Həmin vaxt müəllimimiz dedi ki, baxm, uşaqlar, unutmaym ki, sabah sizin bir şəxsin taleyi ilə bağlı verdiyiniz qərar onu belə bir yerdə yaşamağa məcbur edəcək. Ona görə də hər zaman ədalətli davranm.

Rabiya Baxşəliyeva – Olar ki, gələcəkdə hüquqşünas, prokuror, müstəntiq olmaq istəyənlər bura gəlsin, nə isə öyrənsinlər?

Faiq Səfərov – Nəinki olar, hətta bizim Naxçıvan Dövlət Universiteti ilə sıx əlaqələrimiz var. Hər il universitetdə hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr bura gələrək prokurorluğun iş sistemi ilə əyani tanış olurlar. Bizim burada hüquqi ədəbiyyatlarla zəngin kitabxanamız var. İnanıram ki, sən də ali məktəbə qəbul olduqdan sonra burada tez-tez görüşəcəyik.

Rabiya Baxşəliyeva – Lap yaxşı, buna çox sevindim.

Faiq Səfərov – Sənin üçün daha nə maraqlıdır?

Rabiya Baxşəliyeva – Gəlməmişdən əvvəl o qədər soruşmaq istədiyim şey var idi ki, indi yadımdan çıxıb. Amma mənim üçün bura çox maraqlıdır. Bir də fürsətdən istifadə edib sizi peşə bayramı münasibətilə təbrik edirəm.

Faiq Səfərov – Çox sağ ol. Mən də sənə müəllifi olduğum kitabımı hədiyyə edirəm. Hüquqi mövzudadır, düşünürəm ki, gələcəkdə sənə faydası olar.

Rabiya Baxşəliyeva – Çox sağ olun. Mən bu görüşdən çox ruhlandım. Sizə minnətdarlıq edirəm.

Faiq Səfərov – Sağ ol, səni yenə gözləyəcəyik.

Yazının hazırlanmasında göstərdiyi köməyə görə Naxçıvan Muxtar Respublikasının prokuroru, baş ədliyyə müşaviri Sənan Paşayevə minnətdarlığımızı bildiririk.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bəyəndinizmi? Dostlarınızla paylaşın!

1
1 nöqtə

REAKSİYANIZ NƏDİR?

Gülməli Gülməli
0
Gülməli
Qorxulu Qorxulu
0
Qorxulu
Təəccüblü Təəccüblü
0
Təəccüblü
Çaşıb-qalmaq Çaşıb-qalmaq
1
Çaşıb-qalmaq
Sevimli Sevimli
0
Sevimli
Müvəffəqiyyət Müvəffəqiyyət
2
Müvəffəqiyyət
Sevmək Sevmək
1
Sevmək
Editor

0 Şərh

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Formatı Seçin
Açıq siyahısı
Öz postunuzu təqdim edin
Şəkil
Fərdi şəkil postu yaratmaq