“Google” şirkəti “Search” (Axtarış) və “Lens” (Obyektiv) funksi yalarında əhəmiyyətli yenilənmələr təqdim edib. Bunlar STEAM fənləri üzrə mürəkkəb məsələlərin həllində şagird və tələbələr üçün nəzərdə tutulub.
“Google” şirkəti məlumat verib ki, bu, axtarış sistemində riyazi məsələlərin həlli üçün yeni imkandır. İstifadəçilərə axtarış xanasına tənliyi yazmaq və ya “Google Lens”in köməyi ilə məsələnin şəklini çəkmək kifayətdir. Nəticədə onlar addım -addım həllini tapacaqlar. Bundan başqa, “riyazi hesablama” funksiyası personal kompüterlərdə əlçatandır və tezliklə mobil cihazlarda da tətbiq olunacaq. “Google”, həmçinin “Search”da STEM konsepsiyasının vizual şəkildə öyrənilməsi imkanını tətbiqedib. Bu funksiya istifadəçilərə biologiya, kimya, fizika, astronomiya və sair ilə bağlı mindən çox mövzu üzrə 3D modelli və interaktiv diaqramlarla qarşılıqlı əlaqədə olmaq imkanı verir.
“Google” nümayəndələri ümidvardırlar ki, insanlar yeni və təkmilləşdirilmiş funksiyalar sayəsində öz maraqlarını təmin edəcək və xeyli yeni məlumat öyrənəcəklər.