Pişiklər insanların həyatında hələ lap qədimlərdən mövcud olublar. Artıq çoxdan sübut olunub ki, bu sevimli heyvanlar insanlarda olan bir çox xəstəlikləri müalicə etmək qabiliyyətinə malikdirlər.
Onların bədənlərində olan enerji rezonansları insanın bədənində olan biosahələri bərpa etmək qabiliyyətinə malikdir. Evdə saxlanılan pişik ailədəki emosional vəziyyətin göstəricisidir. Əgər ailədə hər şey yaxşıdırsa, o zaman ev heyvanı sağlam və aktiv olacaq. Tez-tez dalaşarlarsa, o zaman heyvan da aqressiv olacaq, hətta xəstələnəcəkdir.
Psixoloqlar bildirirlər ki, pişikləri sevmək normal psixologiyanın əlamətidir. Əsasən də pişikləri günahı olan şəxslər – oğrular, cinayətkarlar sevmirlər. Bu, şüuraltı olaraq baş verir. İnsan bilir ki, pişik onun günahkar olduğunu hiss edir. Pişikləri sevən insanlar çox xoşbəxtvə həyatlarından razı insanlardır.