Mədinənin dörd yaşı var idi. Qızcığaz nə vaxt soyuq su içərdisə boğazı ağrıyar, hərarəti qalxardı. Belə olanda Mədinənin valideynləri ailə həkimini evə dəvət edir və həkim balaca qıza hərarətinin və boğaz ağrılarının azalması üçün iynə vururdu. Bir gün Mədinə yenə soyuqlamışdı. Ağ xalatlı həkimin iynəsindən qorxan Mədinə çox narahat idi.
Amma həkimin bu dəfə ona hədiyyə gətirməsi qızcığazın qorxusunu xeyli azaltmışdı. Həkim qızcığazı müayinə etdikdən sonra hərarətinin az olduğunu bildirdi və özü ilə gətirdiyi dərman şərbətini qəbul etməyi Mədinənin özünə tapşırdı. Həkim gedəndən sonra Mədinə gülə-gülə bacı və qardaşının olduğu otağa gəldi. Onlar iynədən qorxan Mədinənin ağlamadığını, əksinə, güldüyünü gördülər.
Qızcığazdan gülüşünün səbəbini soruşanda Mədinə bildirdi ki, həkim xala bu dəfə mənə iynə vurmadı, şirin, dadlı dərman içməyi tapşırdı
Əyyub Türkan