Süni intellekt dünyanı dəyişir


Süni intellekt hər keçən gün həyatımızı daha da dəyişir. Gündəlik fəaliyyətimizin demək olar ki, bütün sahələrinə nüfuz edən bu texnologiya tədqiqatçıları maraqlı statistikaları da aparmağa sövq edir. “Məktəbli” qəzeti xarici mənbələrə istinadən həmin statistik göstəricilərdən bəzilərini sizə təqdim edir:

1. Dünyadakı şirkətlərin 35 faizi artıq süni intellekt texnologiyasından istifadə edir.

2. Hazırda süni intellektin tətbiqində lider ölkə olan Çində şirkətlərin 58 faizi bu texnoloji yenilikdən istifadə edir.

3. ABŞ-ın süni intellekt bazarının bu ilinin birinci yarısında 87 milyard dollara çatacağı gözlənilir.

4. 2025-ci ilə qədər süni intellekt sektorunda, təxminən, 100 milyon insan çalışacaq və sənaye o vaxta qədər 12 milyon yeni iş yeri yaradacaq.

5. Süni intellekt 2030-cu ilə qədər dünya Ümumi Daxili Məhsul bazarında 15,7 trilyon dollar dəyərində olacaq.

6. Avtomatlaşdırma səbəbindən 2030-cu ilə qədər təxminən 20 milyon istehsal işi itirilə bilər.

Beləliklə, süni intellekt texnologiyası durmadan irəliləməyə davam edir. Gələcəkdə süni intellektin həyatımızın daha da ayrılmaz hissəsi olacağı gözlənilir. Avtonom nəqliyyat vasitələri, ağıllı evlər və fərdi süni intellekt köməkçiləri kimi texnologiyalar artıq bizim təsəvvürümüzdən kənarda deyil, yaxın gələcəyin reallığı olacaq. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bəyəndinizmi? Dostlarınızla paylaşın!

REAKSİYANIZ NƏDİR?

Gülməli Gülməli
0
Gülməli
Qorxulu Qorxulu
0
Qorxulu
Təəccüblü Təəccüblü
0
Təəccüblü
Çaşıb-qalmaq Çaşıb-qalmaq
0
Çaşıb-qalmaq
Sevimli Sevimli
0
Sevimli
Müvəffəqiyyət Müvəffəqiyyət
0
Müvəffəqiyyət
Sevmək Sevmək
0
Sevmək
Redaktor

Formatı Seçin
Açıq siyahısı
Öz postunuzu təqdim edin
Şəkil
Fərdi şəkil postu yaratmaq