Biri var idi, biri yox idi 🐰, bir tənbəl dovşan var idi. Bir gün dovşanın yaşadığı meşədə çox qorxulu bir quraqlıq başladı 🌵. Yaz gəlib keçsə də, bir damla yağış yağmadı ☀️. Susuzluq bütün heyvanları o qədər incitdi ki, birlikdə bir su quyusu qazmağa qərar verdilər və işə başladılar. Bütün heyvanlar, hətta quşlar da gecə-gündüz çalışdılar 🐦🦊🐘.
Amma tənbəl dovşan: “Mən çox balacayam!” deyərək işləməkdən imtina etdi 😴. Onun bu cür davranışı digər heyvanları qəzəbləndirdi 😡. Nəhayət, heyvanların zəhməti boşa getmədi və quyudan buz kimi soyuq su çıxdı 💦. Amma quyu qazmağa kömək etməyən dovşana su vermədilər 😔. Kral aslan 🦁, dovşanın quyuya yaxınlaşmaması üçün hər gün quyunun başına bir gözətçi təyin etdi.
Dovşan etdiyi səhvi başa düşdü, amma artıq çox gec idi 😞. Bir gecə quyuya nəzarət etmə növbəsi filə çatdı 🐘. Dovşan, “heç kim görmədən fil mənə su verər” düşüncəsi ilə filin yanına gəldi, amma filin yatdığını gördü 😴. Çox çalışsa da, fili oyada bilmədi. Nəhayət, filin qulağına qışqırdı 📢. Fil elə tullandı ki, quyunun ətrafındakı daşları quyuya tökdü və quyunun ağzı bağlandı ⛔.
Bu vəziyyətə çox məyus olan fil ağlamağa başladı 😢 və “Bu mənim günahımdı! İndi nə içəcəyik və mən səhər heyvanlara nə deyəcəm?”- dedi. Dovşan isə onu sakitləşdirdi: “Bu qədər kədərlənmə! İkimiz də birlikdə işləsək, quyunu səhərə qədər təmizləyərik” 💪🐰.
Fil: “Ancaq sən balaca və zəifsən!” – dedi. Dovşan cavab verdi: “Sən indi görəcəksən mən necə işləyəcəm.” 🛠️. Həqiqətən də, dovşan o qədər işlədi ki, səhərə qədər fil ilə quyunu açmağı bacardılar ✨.
Ertəsi gün fil bütün heyvanlara dovşanın zəhməti barədə danışdı 🗣️. Hamı dovşanı alqışladı 👏 və onun da quyudan su içməyə layiq olduğunu söylədilər. Dovşan təkcə su içə bildiyinə görə deyil, həm də digər heyvanlarla dostluğunu bərpa etdiyinə görə çox sevindi 😊. O, özünü yenidən meşənin bir üzvü kimi görməkdən xoşbəxt oldu 🌳❤️.