Tənha ağac və külək


Geniş çöllüklərin ortasında tək bir ağac bitmişdi və ona “Tənha Ağac” adını vermişdilər. İllərdir tək başına yaşayan bu ağacın ətrafında heç bir başqa ağac yox idi. Qışda yağan qar, Tənha Ağacı çətinliklə sınayır, ağır qarı onun budaqlarını qırılma nöqtəsinə gətirirdi. Payızda isə güclü Külək, ağacı kökündən qoparmaqla hədələyərək öz gücünü göstərməyə çalışırdı.

Bir gün Külək yenə əsərək Tənha Ağaca yaxınlaşdı və lovğalanaraq dedi: “Məndən əvvəl heç bir külək səni kökündən qoparmağı bacarmayıb. Bu dəfə elə əsəcəyəm ki, kökün torpaqdan çıxacaq!” Tənha Ağac isə sakitcə cavab verdi: “Sən mənim yarpaqlarımı qopara, budaqlarımı qıra bilərsən. Amma köklərim həmişə torpaqda qalacaq. Mən yenidən boy atacaq, qol-budaqlı bir ağaca çevriləcəyəm.”

Tənha Ağac əlavə etdi: “Ana Təbiət üçün həm sən, həm də mən vacibik. Sənin sayəndə hava axını dəyişir, bitkilərdə tozlanma gedir, toxumlar ətrafa yayılır və yeni bitkilər torpaqda boy atır. Mən isə havanın təmizliyinə, oksigen bolluğuna kömək edirəm. Bu səbəbdən biz ağaclara Yer kürəsinin ‘ağ ciyərləri’ deyirlər.”

Külək Tənha Ağacı dinlədikcə səhv etdiyini anladı və təbiətin gözəlliyi üçün hər ikisinin nə qədər vacib olduğunu başa düşdü. Tənha Ağacın yanından sakitcə əsərək yoluna davam etdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bəyəndinizmi? Dostlarınızla paylaşın!

REAKSİYANIZ NƏDİR?

Gülməli Gülməli
0
Gülməli
Qorxulu Qorxulu
0
Qorxulu
Təəccüblü Təəccüblü
0
Təəccüblü
Çaşıb-qalmaq Çaşıb-qalmaq
0
Çaşıb-qalmaq
Sevimli Sevimli
0
Sevimli
Müvəffəqiyyət Müvəffəqiyyət
0
Müvəffəqiyyət
Sevmək Sevmək
0
Sevmək
Redaktor

Formatı Seçin
Açıq siyahısı
Öz postunuzu təqdim edin
Şəkil
Fərdi şəkil postu yaratmaq