İstər inanın, istər inanmayın, mən düşünürəm ki, uçan avtomobillər gələcəkdə həyatımızda xüsusi yer tutacaq. Çünki insanlar daim bir yerə tələsir, daim zamanına qənaət etmək istəyir. Bizimsə zamanımızın bir hissəsi yollarda keçir. İndi isə gəlin birlikdə bu yeni nəsil nəqliyyat vasitəsini tanıyaq.
Hava taksisi insanları bir yerdən başqa yerə daşıya bilən kiçik bir təyyarədir helikopter və pilotsuz təyyarənin qarışığı kimi. Hava taksilərinin təyyarələr kimi uzun uçuş zolağına ehtiyacı yoxdur. Onlar helikopter kimi düz yuxarıaşağı gedə bilirlər.
2023cü ilin iyun ayında “Joby Aviation” adlı bir şirkət yeni hava taksisini sınaqdan keçirməyə başladı. Lakin onlar ilk dəfədir ki, zavodda hazırlanmış taksini sınaqdan keçirirdilər. Ondan əvvəl onların bütün taksiləri əllə hazırlanırdı. Şirkət 2025ci ilə qədər pul müqabilində sərnişin daşımağa başlamağı ümid edir. Onlar insanları evlərindən hava limanına uçurmaq üçün proqram yaratmaq üzərində çalışırlar. Proqramın ilk olaraq Nyu York və Los Angelesdə başlaması gözlənilir. Onlar həmçinin taksilərinin havada gəzinti xidmətinin də təmin ediləcəyini gözləyirlər.
Uçan avtomobil dörd sərnişini daşıya bilər. O saatda 320 kilometr sürətlə uça və dolu akkumulyatorlarla 160 kilometr məsafə qət edə bilir. Şirkət onların taksilərinin normal taksilərdən həm daha sakit, həm də daha ucuz olduğunu iddia edir. Bunu da qeyd etməliyəm ki, uçan taksi ideyası nə qədər həyəcanlı olsa da, hava taksilərinin adi hala gəlməzdən əvvəl görüləsi çox işləri var. Nə vaxt və necə uça biləcəyi ilə bağlı beynəlxalq qaydalar yaradılmalıdır.
Bütün bunlara baxmayaraq uçan taksi ideyası insanı həyəcanlandırır. Beləliklə, uçan avtomobillərlə səyahət gələcəyin bir hissəsi olacaq.
0 Şərh