Uşaqlar ilk nə zaman stomatoloqa getməlidir?


Diş həkimləri, bütün valideynlərə uşaqlarını 1 yaşından etibarən ildə iki dəfə stomatoloq müayinəsinə aparmağı tövsiyə edir. 🦷 Xüsusilə, 2-3 yaş aralığı süd dişlərinin tam çıxdığı, 5-6 yaş isə həm ilk daimi azı dişlərinin çıxdığı, həm də süd dişlərinin daimi dişlərlə əvəz olunduğu dövrdür. Bu mərhələlər, çənə quruluşunun formalaşması baxımından da çox önəmlidir. 💡

İlk müayinə üçün uşaq stomatoloqlarına müraciət etmək daha faydalıdır. 🧸 Bu, uşaqlarda fobiyanın yaranmaması və daha dəqiq diaqnozlar üçün vacibdir. Çünki böyüklər üçün nəzərdə tutulan stomatoloqlar, uşaq pasiyentlərlə kifayət qədər təcrübəli olmaya bilər, bu da fərqli yanaşmalara səbəb olur. Eyni zamanda, müayinə kabinetləri də uşaqlar üçün uyğun olmur.

Ölkəmizdə uşaq stomatoloqları kifayət qədər ixtisaslaşmışdır və bu sahədə peşəkar şəkildə xidmət göstərirlər. 👩‍⚕️👨‍⚕️ Müayinəyə getdikdə, həkim uşağın yaşına uyğun məcun və fırça məsləhətləri verir. Dişlərdə aşınma və kariyesə meyl varsa, lokal ftor tətbiq edir və ya preparatlar tövsiyə edir.

Ftor zərərlidirmi?
Cəmiyyətdə ftora qarşı bəzi tərəddüdlər var. Amma elmi araşdırmalar göstərir ki, 1450 ppm-dən artıq olmayan ftor dozası kariyesin qarşısını almaqda mühüm rol oynayır. 😊 Xüsusən də 3 yaşdan böyük uşaqlar üçün ftorlu diş məcunu daha uyğundur.

İlk müayinə zamanı, həm də qidalanma ilə bağlı tövsiyələr veririk. Paketli, şəkərli qidalar və qazlı içkilər məsləhət görülmür. 🍭 Əgər qəbul edilirsə, gündə bir dəfə məhdudlaşdırmaq və sonra mütləq diş fırçalamaq və ya su içmək lazımdır. Ara qidalanmalardan sonra pendir, kök və alma kimi qidalar ağız pH səviyyəsini neytrallaşdırmaq üçün faydalıdır. 🍏

Süd ilə qidalanan körpələrdə isə ən çox rastlanan problemlərdən biri əmziyin mürəbbə və bal kimi qidalara batırılmasıdır. 🚫 Bu vərdişlərdən qaçınmaq və əlavə şəkər təmasından mümkün qədər uzaq durmaq vacibdir

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bəyəndinizmi? Dostlarınızla paylaşın!

REAKSİYANIZ NƏDİR?

Gülməli Gülməli
0
Gülməli
Qorxulu Qorxulu
0
Qorxulu
Təəccüblü Təəccüblü
1
Təəccüblü
Çaşıb-qalmaq Çaşıb-qalmaq
0
Çaşıb-qalmaq
Sevimli Sevimli
0
Sevimli
Müvəffəqiyyət Müvəffəqiyyət
0
Müvəffəqiyyət
Sevmək Sevmək
0
Sevmək
Redaktor

Formatı Seçin
Açıq siyahısı
Öz postunuzu təqdim edin
Şəkil
Fərdi şəkil postu yaratmaq