Xeyli müddətdir ki, başqa planetlərə ediləcək səyahət zamanı Yer kürəsinin hansı bayraqla təmsil olunacağı müzakirə mövzusu idi.
Bu məsələyə, nəhayət, aydınlıq gətirilib. İsveçdəki Bekman Dizayn Kollecinin əməkdaşı Oskar Pernefelt adlı dizaynerin hazırladığı bayraq planetin bayrağı kimi seçilib. Onun dizaynına əsasən mavi rəngli parçanın üzərinə iç-içə yeddi halqa keçirilib.Həmin halqalar birlikdə çiçək rəsmini əmələ gətirir. Mavi rəng suyun rəmzidir, çünki su yer səthinin 71 faizini təşkil edir, 7 halqa isə 7 materiki əks etdirir.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.