5

İdmana hansı yaşdan başlamalı?


0

İdman insan sağlamlığı üçün ən zəruri vasitələrdən biridir. Buna görə də uşaqları idmana kiçik yaşlarından sevdirmək və alışdırmaq lazımdır. Ancaq unutmaq olmaz ki, bəzi hallarda uşaqların idmana kortəbii yön­lən­di­ril­mə­si və ya azyaşlıların öz istəyinə görə bəzi idman növlərinə cəlb olunması fəsadlara gətirib çıxara bilər.
Mütəxəssislərin fikrin­cə, 2-3 yaş arası uşaqlar qaçma, tut­ma və tullanma kimi hərəkətləri edə bilirlər. Bu sə­bəb­dən bağçada qaç­ma, get­mə, rəqs et­­mə, suda nə­za­rət altında oy­na­ma və təcrübəli şəxslərin nəzarəti altın­da gimnastika hərəkətləri münasib sayılır.
4-6 yaşında uşaqlar üçün rəqs, üzmə, gimnastika, ip atlama və üç təkər­li velosipedə minmək kimi idman­ növ­ləri daha uygundur.
7-10 yaşlılar üçün gimnastika, üzmə, futbol, basketbol, voleybol, hənd­bol, velosiped, tennis və üzmə kimi id­man­­ növləri daha idealdır.
10 yaş və sonrası uşaqlar əvvəlki yaş­l­arda başladıqları idman növləri daha mü­­təşəkkil olaraq edə, həmçinin at­le­tizm və güləşə başlaya bilərlər. Uşaq­la­rın 13 yaşın­dan əvvəl boks, ağırlıq­qal­dır­ma və karateyə başlaması məsləhət deyil. Çün­ki sü­mü­yün inkişafı hə­lə ta­mam­­lan­ma­yıb və bu idman növləri bəzi hallarda bədən üçün zə­rərli ola bilər. Xü­su­si­lə bu dövr­də uşa­ğın baş­la­ya­ca­ğı id­­ma­na fiziki qu­ru­lu­şu­nun uy­ğun olub-ol­­ma­dığı çox əhə­miy­yətlidir.

İdman növlərinə baş­la­ma yaşları isə bu cürdür: atletizm 10-12 yaş, basketbol 7-8 yaş, boks 13-14 yaş, velosiped (iki təkərli) 14-15 yaş, artistik gim­nastika 5-6 yaş, gimnastika 6-7 yaş, xizək 6-7 yaş, futbol 10-12 yaş, üzmə 3-7 yaş, cüdo 8-10 yaş.
Unutma­yaq ki, uşaqların id­man növ­lə­rinə istiqamət­lən­­di­ril­mə­si va­li­deyn­lərin yox, uşaq­ların istə­yi­nə uy­ğun olmalıdır!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bəyəndinizmi? Dostlarınızla paylaşın!

0
Editor

0 Şərh

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir